04.09.2026 - 13:52
Maqazin 13 baxış

Röya və Kazım Can'dan "Dosta" ilə yeni hit!

Xalq artisti Röya Ayxan və bəstəkar-müğənni Kazım Can yeni duetlərini təqdim ediblər. ‘Dosta’ adlanan bu mahnı artıq dinləyicilərin ixtiyarındadır. Mahnının sözləri Orxan Qarabasma və İlqar Bayramova, musiqisi isə Kazım Cana aiddir.

Minval.info xəbər verir ki, klipin rejissoru Cəlal Kəngərlidir və ekran işində müğənnilər İsmail Zadə, Nigar Camal, Aygül və stilist Elnur Həsənov da iştirak ediblər. Röya Ayxan və Kazım Can klipdə üç fərqli obrazda kamera qarşısına keçiblər. Sənətçilərin obrazları üzərində stilist Elnur Həsənov çalışıb, Röya Ayxanın saç və makiyajı da onun tərəfindən hazırlanıb.

Rəsmi təqdimatı hələ baş tutmayan ‘Dosta’ mahnısı artıq sosial şəbəkələrdə böyük maraq yaradıb. Xüsusilə TikTok platformasında diqqət çəkərək qısa zamanda geniş auditoriyanın marağına səbəb olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: