Xalq artisti Röya Ayxanın Yeni il gecəsi sosial şəbəkədə yayımladığı rəqs videosu günlərdir sosial şəbəkənin gündəmindən düşmür.

Axşam.az xəbər verir ki, gah rəqs edən, gah eyvanında qışqırıb əylənən müğənninin ünvanına minlərlə təhqir yazılıb. Hər kəs ona şəhidlərə qarşı hörmətsizlik etdiyini yazıb. Röya isə yazılanları vecinə almadığını vurğulayaraq, hətta camaata “konfet” yedizdirib.

Ötən gün bəstəkar Nailə Mirməmmədlinin dünyasını dəyişməsi ilə Röya bir daha gündəmə gəlib. İnsanlar ona “Ölüsünə hörmət qoymayan insan” şərhlərini yazmaqda davam ediblər.

İfaçı məsələ ilə bağlı açıqlama verməyə çalışıb. Amma bu açıqlama ona qarşı aqresivliyin daha da artmasına səbəb olub. Necə deyərlər, üzrü qəbahətindən betər…

Özünə haqq qazandırmağa çalışan R.Ayxan izləyiciləri hədələyərək onu daha da əsəbiləşdirməməyi “məsləhət” görüb:

“Məni hər kəsə bayram keçirən, ölüsünə hörmətsizlik edən insan kimi təqdim etdiniz. Amma daxilimdə bilirəm ki, nə hörmətsizlik etmişəm, nə də kiminsə ünvanına təhqir dolu sözlər demişəm. Əgər evimdə rəqsim sizi narahat etdisə, o zaman 31 dekabr gecəsi kanallarda mən daxil rəqs edən, qələbəni keçirən bütün ulduzlara, televiziyalara söz deyərdiz. Yox, əgər məndə səhv axtarırsızsa, əvvəlcə özünüzə baxın. İnsanı özündən çıxarmayın! Nailə Mirməmmədli sizin əsəbinizdən getdi, amma məni öldürməyə gücünüz çatmaz”.