Röya ilk edəcək - Səhnəyə robotlarla çıxacaq
Xalq artisti Röya Ayxan 1,2,3 sentyabrda Bakı Konqress Mərkəzində baş tutacaq solo konsertinin hazırlıqlarına başlayıb.
Bir neçə həftə əvvəl məşqlərə start verilən musiqili gecə ilə bağlı bir neçə detal məlum olub. Belə ki, müğənni Azərbaycanda bir yeniliyə imza atacaq, Bakı səhnəsində ilk dəfə robotlardan istifadə olunacaq. Məlumata əsasən, bunun üçün xarici ölkələrlə danışıqlar aparılıb və müzakirələr müsbət nəticələnib. Robotlar və texnika konsertdən bir neçə gün əvvəl paytaxta gətiriləcək. Nəinki Bakıda, dünyada çox nadir hallarda sözügedən robot ve texnikalardan istifadə edilir. Bunun üçün də solo konsertə böyük heyət cəlb olunub. Təşkilatçılar tamaşaçıların uzun müddət unutmayacağl, mükəmməl və qüsursuz qeyri-adi bir şou vədini verir.
Həmçinin, gecədə 24 mahnı səsləndiriləcək və sözügedən ifalara özəl libaslar hazırlanacaq. Artıq hər bir çıxış üçün səhnəcik qurulub.
Konsertin quruluşçu rejissoru yenə də Ranar Musayevdir.
Səs-küyə səbəb olacaq tədbirin təşkilatçıları “Kevents Group” və “Peachline”, konsertin prodüseri isə Kənan Bayramovdur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!