“Röya ilə dost olmamışıq, özü məni tapıb” - Qalmaqal "alovlandı"
“Eurovision” qalibi Nigar Camal “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” proqramında qonaq olub.
Dergi.az xəbər verir ki, ifaçı “Altın kelebek” mükafatları zamanı Əməkdar artist Röya Ayxanla olan qalmaqalı barədə sualları cavablandırıb.
Sənətçi Röya ilə yaxın münasibətlərinin olmadığını bildirib:
“Röya ilə heç vaxt dost olmamışıq. Özü məni tapdı, duet etmək istədi. Biz 3 dəfə görüşdük. Sonra “Altın kelebek” oldu. Özü zəng edib, Miri Yusifdən nömrəmi götürmüşdü. Əvvəldən bilirdim ki, “Altın kelebek” almayacağam. Mənə dedilər ki, “Oskar” mükafatları kimi qırmızı xalı filan var. Düşündüm ki, maraqlı olacaq. Gedəndə gördüm ki, “Eurovision”un yanında “Altın kelebek” heç nədir. Türk mediasından 2-3 nəfər var idi, onlar da yalnız öz məşhurlarından müsahibə götürürdü. Bizi isə tanıyan yox idi, ancaq “Xəzər” TV ilə ATV müsahibə alırdı. Bir də “Altın kelebek”ə təklif gəlsə, getmərəm. Mən Röyanı təbrik etdim. Nə etməli idim ki? Ona “bunu” sözünü deməmişəm, rus dilliyəm deyə, sözüm belə anlaşılıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək