Röya "Böyüdüm"ün klipini təqdim etdi
Xalq artisti Röya Ayxan “14/41” albomunun ikinci klipini təqdim edib.
Ekran işi sözləri Əli Qafarlı və musiqisi Hacı Nazimə məxsus olan “Böyüdüm” mahnısına çəkilib. Türkiyədə lentə alınan layihənin rejissoru Ecem Gündoğdu və quruluşçu rejissoru Veli Kuzludur. Sənətçinin staylinqini Özgür Yüksel, saç və makiyajını Elnur Həsənov edib.
Qeyd edək ki, sözügedən “14/41”albomu Türkiyədə hazırlanıb, istehsalçı şirkət “Kevents Group”dur.
Ənənəvi formatda təqdim olunan CD-nin adında qeyd edilən “14” albomdakı mahnıların sayı, “41” isə 14 iyun tarixində Xalq artistinin “qızıl yaş” dövrü hesab edilən – 41 yaşa qədəm qoyması ilə bağlıdır. Albomun prodüseri Kənan Bayramov, musiqi prodüseri Hacı Nazimdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dominikan gözəli "Miss World 2026" tacını qazandı
Skuter sürənlərə təhlükəsizlik xəbərdarlığı edildi
Yeni pandemiya təhlükəsi: Alimlərdən xəbərdarlıq!
Badamdarda tullantı suları evlərə ziyan vurur
Şengen vizası rəqəmsallaşır: Müraciət asanlaşacaq?
Namiq Qaraçuxurlunun klip çəkilişində ilan qorxusu!
Peyvənd və antibiotik: Uşaqlar üçün nə zaman vacibdir?