Röya aygün kazımovanın "uzaqlıq" mahnısını öz tərzində canlandırdı: Yay mövsümünə nostalji toxunuşu
Pop musiqinin sevilən simalarından biri olan Röya Ayxan, Aygün Kazımovanın məşhur mahnısı “Uzaqlıq”ı özünəməxsus tərzdə ifa edib. Bu mahnı, Eldar Mansurovun bəstəsi və Vahid Əzizin sözləri ilə ərsəyə gəlib.
Minval.info xəbər verir ki, Röyanın yeni ifası ilə mahnı fərqli bir atmosfer qazanıb. Klip, yay mövsümünün enerjisini əks etdirən parlaq rənglər və dinamik kadrlarla zənginləşdirilib. Röya klipdə üç fərqli obrazda çıxış edir.
Klipin rejissoru Delee Oruclu, montaj və rəng həlli Ravil Askerov, aranjiman isə Camal Qurbanov tərəfindən hazırlanıb. Layihənin səsyazma, miks-masterinq və prodakşn işləri Toufan Records tərəfindən həyata keçirilib.
“Uzaqlıq” mahnısı, Röyanın enerjili ifası ilə həm nostalji, həm də müasir yay atmosferini bir araya gətirərək dinləyicilərə təqdim olunub. Mahnı artıq bütün musiqi platformalarında mövcuddur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır