Ronaldonun yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarıldı
Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldunun Serbiyaya qarşı DÇ-2022-nin seçməoyununda yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarılıb.
“Report” “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, sarğı xeyriyyə məqsədi ilə satılacaq.
Ronaldu 2:2 hesablı heç-heçə ilə başa çatan matçda sarğını yerə tullayıb. 36 yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb. Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli “davam” qərarı verib. Referinin qərarından qəzəblənən Ronaldu önündə sarı vərəqə görüb. Bundan sonra ulduz futbolçu kapitan sarğısını meydana çırpıb.
Qeyd edək ki, Portuqaliya bu gün Lüksemburqun qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. A qrupunun digər matçında Azərbaycan millisi Serbiyanı qəbul edəcək. Həmin görüşə isə saat 20:00-da start veriləcək.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək