Ronaldonun ulduz futbolçuya çevrilməsində Roy Kinin rolu olub
Hazırda İtaliyanın “Yuventus” klubunda çıxış edən Kristiano Ronaldonun ulduz futbolçuya çevrilməsində Azərbaycan millisində baş postuna namizəd olan Roy Kinin də rolu olub.
“Report” xəbər verir ki, bu barədə İngiltərə “Mançester Yunayted”inin sabiq futbolçusu Erik Cemba-Cemba “BettingApps” nəşrinə açıqlama verib.
39 yaşlı sabiq yarımmüdafiəçi Roy Kinin Ronaldoya məsləhətlər verdiyini xatırladıb: “Birmənalı deyə bilərəm ki, Kin Ronaldonun məşqdə və meydanda çətinlik çəkdiyini söyləyib. Çünki o, Ronaldonun daha yaxşı oynamasını istəyirdi. Kin onun daha yaxşı ola biləcəyini və hazırkı səviyyəyə çatacağını anlayırdı. Belə kapitanın Ronaldoya hirslənməsi onun uzun müddət sabit çıxış etməsinə kömək etdi”.
Kamerunlu oyunçu Kinin braziliyalı komanda yoldaşı Klebersonla dialoqundan da danışıb. Cemba-Cemba braziliyalı oyunçunun matçların birində yerə yıxıldığını söyləyib: “Kin ona doğru getdi. Kleberson bədən dili ilə oynamaq istəmədiyini göstərirdi. Paltardəyişmə otağına getdik. Roy ona qışqırdı. Dedi: “Oynamaq və hər şeyi etmək lazımdır. Niyə oynamaq istəmirsən? Dünya çempionatını yeni qazanmısınız. Nə baş verdi? Daha yaxşı oynamaq lazımdır?”. Bu, Kleberson üçün qorxunc idi. Həmişə gülümsəyirdi, Roy Kin ona tərəf gedəndə də gülürdü. Bu isə Kini daha da qəzəbləndirirdi”.
Qeyd edək ki, AFFA daha əvvəl Roy Kinlə danışıqlar aparıldığını təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək