Ronaldonun bacısından van Deykə sərt sözlər: "O, ən zəif vaxtında belə, səndən çox çempionluq sevinci yaşayıb" - FOTO
“Liverpul”un müdafiəçisi Vircil van Deykin “Qızıl top”un təqdimat mərasimindən öncə Ronaldo ilə bağlı dediyi fikirlər birmənalı qarşılanmayıb.
Offsideplus.az-ın məlumatına görə, niderlandlı ulduz jurnalistin “Ronaldo mərasimə gəlməyib, rəqiblərinizdən biri azalıb” fikrinə “O rəqib idi ki?” deyə cavab verib. 28 yaşlı mərkəz müdafiəçisi tədbirdən sonra isə Messinin mükafata layiq olduğunu söyləyib: “Messi 6-cı dəfə bu titula yiyələndi. Ona hörmətlə yanaşmaq lazımdı. Məndən bir az yaxşı idi”.
Van Deykin sözləri Ronaldonun bacısı Katyanın narazılığına səbəb olub. O, instaqram hesabında etdiyi paylaşımda oyunçunu açıqlamasına peşman edib: “Bəzi insanlar qıcıq yaradırlar. Səmimi deyillər və təvazökarlıqdan uzaqdırlar. Sənin 1 dəfə etdiyini, Ronaldo 1000 dəfə edib. Ronaldo 3 fərqli liqada çempion olub. Van Deyk oynadığı liqada hələ də çempion ola bilməyib. Sənin oynadığın ölkədə Ronaldo ən yaxşı və çox qol vuran oyunçu olub. Üstəlik, səndən daha gənc yaşda. Ronaldo və dostları sənin komandanı Millətlər Liqasının finalında əzdi. O, ən zəif vaxtında belə, səndən çox çempionluq sevinci yaşayıb”.
Vircil van Deyk isə bu paylaşımdan sonra o fikirləri zarafatla dediyini söyləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək