Ronaldo, yoxsa Messi? - Klopp seçimini etdi
“Liverpul”un baş məşqçisi Yürqen Klopp “Freekickerz” “YouTube” kanalına müsahibəsində “Barselona”nın hücumçusu Lionel Messi və “Yuventus”un forvardı Kristiano Ronaldo arasında müqayisə aparıb.
Minval.info fanat.az-a istinadən xəbər verir ki, alman çalışdırıcı seçimini Leodan yana edib:
“Məncə, Messi daha yaxşıdı. Bununla belə, Ronaldoya sonsuz hörmətim var. Hər ikisinə qarşı oynamışıq. Demək olar ki, onlara qarşı müdafiə olunmaq mümkünsüzdü.
Məndən ideal futbolçu profilini təsvir etməyim tələb olunsa, Ronaldunun boyuna sahib, onun kimi yüksəyə tullanan, sürətli qaçan birindən bəhs edərdim. Sonra həmin futbolçuya Kriştianunun işə yanaşmasını da əlavə edərdim. Ortaya qüsursuz və peşəkar biri çıxardı. Daha yaxşı olmaq mümkünsüzdü.
Digər tərəfdən, futbolda hər şeyi sadələşdirən, adi bir şeymiş kimi göstərən balaca Messi var. Buna görə də oyunçu kimi Leo daha çox xoşuma gəlir. Amma Kriştianu da inanılmaz futbolçudu”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək