"Ronaldo və Dibalanı birlikdə oynatmaq asan deyil" - Sarri
“Yuventus”un baş məşqçisi Maurissio Sarri komandanın hücumçuları Kriştiano Ronaldo və Paulo Dibalanı birgə oynatmağın çətinliyindən danışıb.
Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı deyib:
“Dibala fenomenal oyunçudur. Yeganə çətinlik onun və Ronaldo kimi iki yaxşı oyunçunun birlikdə oynatmağın asan olmamasıdır. Ancaq onlar həmişə vəziyyəti dəyişdirə bilirlər. Onlardan eyni anda istifadə etmək taktiki baxımdan asan deyil. Buna baxmayaraq, komandada belə keyfiyyətlərə sahib iki oyunçu olduqda, qalan futbolçular həm hücumda, həm də müdafiədə oynayarkən buna uyğunlaşmalıdırlar”.
Qeyd edək ki, Ronaldo bu mövsüm A seriyasında 21, Dibala isə 7 qol vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək