Ronaldo ən yaxşı bombardirlər siyahısında liderdir
“Yuventus”un futbolçusu Kriştiano Ronaldo 2020-ci ildə Avropanın 5 ən böyük liqasının bombardirləri arasında liderdir.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu son olaraq “Spezia” ilə matçda (1:4) iki qol vurub. Bununla da, 35 yaşlı oyunçu A seriyasında bu il vurduğu qolların sayını 26-ya (22 oyun) yüksəldib. Ronaldo “Bavariya”nın hücumçusu Robert Levandovskini (19 oyunda 25 qol) geridə qoyaraq bu il Avropanın 5 ən böyük liqasında ən yaxşı bombardirlər siyahısında ilk pillədə yer alıb.
Qeyd edək ki, siyahının növbəti pillələrində “Latsio”dan Çiro İmmobile (22 qol), “Sassuolo”dan Françesko Kaputo (18), “Borussiya”dan (Dortmund) Erlinq Holand (18), “Liverpul”dan Məhəmməd Salah (17) və “Milan”dan Zlatan İbrahimoviç (17) qərarlaşıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək