Ronaldo "əl-nəsr"dən uzaqda: Yeni mövsümə sürpriz başlanğıc
Portuqaliyalı futbolçu Kriştianu Ronaldo 2026/2027 mövsümünün başlanğıcında “Əl-Nəsr” klubunun heyətində yer almayacaq.
Minval.info xəbər verir ki, Ronaldo yeni mövsümün ilk iki qarşılaşmasında iştirak etməyəcək. 41 yaşlı futbolçu Roşn Liqasının açılış turunda “Əl-Fateh”ə, daha sonra isə Kral Kubokunun 1/32 final mərhələsində “Əl-Diriyah”a qarşı keçiriləcək oyunlarda meydana çıxmayacaq.
“Əl-Nəsr” avqustun 15-də “Əl-Fateh”lə, üç gün sonra isə Kral Kubokunda “Əl-Diriyah”la qarşılaşacaq. Ronaldonun uzun müddət komandadan ayrı qalması diqqət çəkir. Portuqaliya millisinin 2026-cı il dünya çempionatının 1/8 finalında İspaniyaya məğlubiyyətindən sonra futbolçu iyulun 6-dan bəri “Əl-Nəsr”in düşərgəsində iştirak etməyib.
Ronaldo, dünya çempionatından sonra nəzərdə tutulan 21 günlük istirahət müddətinin ardından komandaya qayıtmalı idi. Lakin onun məşqlərə qoşulmadığı və ötən həftə başa çatan xarici təlim-məşq toplanışında da iştirak etmədiyi bildirilir. Səudiyyə Ərəbistanına qayıtdıqdan sonra da komanda ilə məşqlərdə iştirak etməyən Ronaldo, 32 gün ərzində komandanın hazırlıq proseslərindən kənarda qalıb.
“Əl-Nəsr” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatının qalibi olub və yeddi illik fasilədən sonra bu titula sahib çıxıb. Komanda yeni mövsümdə çempionluq titulunu qorumaqla yanaşı, tarixində ilk dəfə AFC Çempionlar Liqasının Elit turnirində də qalib olmağı hədəfləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək