15.08.2026 - 19:08
Lent 34 baxış

Ronaldo boşanarsa, corcina hər ay 100 min avro alacaq – maraqlı müqavilənin detalları

Kriştiano Ronaldo, Portuqaliya milli komandasının və “Əl-Nəsr” klubunun tanınmış hücumçusu, həyat yoldaşı Corcina Rodrigesdən ayrılarsa, hər ay ona 100 min avro ödəməli olacaq.

Minval.info xəbər verir ki, bu məlumat “Marca” tərəfindən yayımlanıb və cütlüyün nikah müqaviləsində belə bir maddə yer alır. Müqaviləyə əsasən, bu ödəniş Corcinaya ömür boyu veriləcək.

Məlumata görə, əgər cütlük yollarını ayırarsa, Corcina həmçinin Madridin prestijli La Finka yaşayış kompleksində yerləşən və bir neçə milyon avro dəyərində olan malikanənin mülkiyyətini də əldə edəcək.

Ronaldo və Corcinanın bu müqaviləni bağlamaqda əsas məqsədi, boşanma zamanı uşaqlarının rifahını qorumaqdır. Cütlük, uşaqlarının psixoloji vəziyyətinə və şəxsi həyatlarının toxunulmazlığına mənfi təsir edə biləcək uzunmüddətli hüquqi mübahisələrdən qaçmaq istəyir.

Müqavilədə Corcina, yalnız maddi təminat alan tərəf kimi deyil, eyni zamanda ailə həyatına mühüm töhfə verən bir tərəfdaş olaraq göstərilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: