Ronaldo 850 min avroluq yeni “McLaren Senna” super avtomobilini nümayiş etdirib
İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu “McLaren Senna” markalı yeni idman avtomobili alıb.
ONA “Life”a istinadən xəbər verir ki, öz avtoparkını bir az da zənginləşdirən 34 yaşlı portuqaliyalı hücumçu yeni avtomobilinin görüntülərini “Instagram” səhifəsində paylaşıb.
Bildirilir ki, braziliyalı “Formula-1” yarışçısı Ayrton Sennanın şərəfinə adlandırılan avtomobilin qiyməti təxminən 850 min avrodur (950 min ABŞ dolları).
Bir qədər əvvəl KİV-də Ronaldunun dünyanın ən bahalı avtomobili olan “Bugatti La Voiture Noire” markalı superkar alması barədə xəbərlər yayılmışdı. Ancaq sonradan bu məlumat təsdiqini tapmadı və bildirildi ki, yeni “Bugatti”nin sahibi başqa birisidir. Bununla belə, K.Ronaldunun da həmin hərracda iştirak etdiyi bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə yığması Avropa çempionatında üçüncü oldu
Sulşerin "Mançester Yunayted"ə transfer edəcəyi 3 ulduz
“Real” Beylə inanır
“Fənərbağça” klubu “Beşiktaş”ı məhkəməyə verdi - FOTO
Mozambik Azərbaycan millisini geridə qoydu
"Mançester Yunayted" transfer rekordunu qırmağa hazırlaşır