Ronaldo: 40-41 yaşıma kimi futbol oynaya bilərəm
İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.
Oxu.Az xəbər verir ki, 34 yaşlı hücumçu Portuqaliyanın TVI telenalına müsahibəsində gələn il futbolla vidalaşmasının mümkün olduğunu deyib:
“Hazırda bu barədə düşünmürəm. Olar bilər ki, karyeramı gələn il başa vurum. Həmçinin 40-41 yaşıma qədər oynaya bilərəm. Bilmirəm…
Həmişə deyirəm ki, anlardan həzz almaq lazımdır. Hədiyyə əladır və bundan həzz almağı davam etdirməlisən. Düşünmürəm ki, kimsə bundan sonra məndən çox rekorda imza atsın”.
Qeyd edək ki, portuqaliyalı futbolçu 2018-ci ilin yayından “Yuventus”da oynayır. Daha öncə isə “Real”, “Mançester Yunayted” və “Sportinq” klublarının formasını geyinib.
O, beş dəfə Çempionlar Liqasının qalibi olub və 126 qolla turnir tarixinin ən yaxşı hücumçusu adına layiq görülüb. Bundan əlavə, K.Ronaldo 5 dəfə “Qızıl top”la mükafatlanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi