26.06.2024 - 12:51
Lent
41 baxış
Riki Martin ilk dəfə Bakıya gəlir
Dünyaca məşhur superulduz Riki Martin ilk dəfə Bakıya gəlir.Dərgi.az xəbər verir ki, musiqi dünyasınının əfsanəvi sənətçilərindən olan Riki 2 avqustda “Sea Breeze”də tamaşaçıların qarşısına çıxacaq.
Sevimli sənətçi pərəstişkarlarına qovuşmaq və Bakıda möhtəşəm Sea Breeze-də ən böyük hitlərini səsləndirmək üçün Azərbaycanda canlı ifa ilə debüt edəcək. O, ölkəmizə 43 nəfərlik komandası ilə təşrif buyuracaq.
Biletləri iyunun 28-dən başlayaraq “iticket” platformasından əldə etmək olar.
Dünyaca məşhur Puerto-Rikolu sənətçi, ifaçı, aktyor və xeyriyyəçiyə heyran olmağa hazırlaşın!
Qeyd edək ki, Riki Martin dünyada satılan 95 milyondan çox albomu və iki Qremmi, dörd Latın Qremmi və çoxsaylı “Billboard” mükafatları daxil olmaqla saysız ödül kolleksiyası ilə əsl musiqi simvoludur. O, hətta Latın Səsyazma Akademiyası tərəfindən ən gənc “İlin Adamı” olmaqla tarix yazıb.
Lakin Martinin istedadları musiqi ilə məhdudlaşmır. O, eyni zamanda FX-in “Cianni Versacenin sui-qəsdi: Amerika cinayət hekayəsi” filmindəki roluna görə Emmi mükafatı qazanan bacarıqlı aktyordur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
20.10.2026 - 16:24
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
08.10.2026 - 15:28
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
06.10.2026 - 16:27
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
05.10.2026 - 16:27
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
04.10.2026 - 16:16
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
04.10.2026 - 13:14
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
03.10.2026 - 09:07
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı
02.10.2026 - 19:56