Riçard Almeyda: "Malta ilə oyun bizim üçün məsuliyyətli məqamdır"
“Malta ilə oyun bizim üçün məsuliyyətli məqamdır. Matça yaxşı hazırlaşmışıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə və müsbət nəticə qazanmağa çalışacağıq”.
“Report”un Maltaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan millisinin futbolçusu Riçard Almeyda UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
Rəqib baş məşqçi sizi Azərbaycan millisinin oyun üslubunu müəyyənləşdirən futbolçu kimi göstərdi. Bu barədə nə deyə bilərsiniz?
– Bizi çətin oyun gözləyir. Millidə hamı eyni səviyyədədir. Hər şey məndən asılı deyil. Futbolçular komanda şəklində baş məşqçinin dediklərini edə bilsələr, yaxşı nəticə olacaq.
“Astana”da özünüzü yaxşı hiss etmədiyiniz və qış fasiləsində komandanı tərk edəcəyiniz deyilir. Bu, doğrudur?
– “Astana”dakı durumumdan razıyam. Mənim xəbərim yoxdur. Siz məndən çox bilirsiniz.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək