Reynmen jurnalistə hücum etdi - FOTO, VİDEO
Sosial şəbəkələrdə məşhurlaşan türkiyəli ifaçı Reynmen (Yusuf Aktaş) ötən gün media nümayəndələrinə hücum edib. Səbəb isə jurnalistlərin ulduzun sevgilisi ilə məkanların birində istirahət edərkən görüntülənməsi olub.
Oxu.Az xəbər verir ki, Reynmen, öncə “Show” TV-nin müxbiri Akif Yamanın üstünə qışqırıb, daha sonra isə “Uçankuş” TV-nin müxbirinə ağır sözlər deyərək, əlindən zorla telefonunu alıb, lentə aldığı görüntüləri isə silməyə başlayıb.
İfaçının əsəbləri bununla da sakitləşməyib. O, A.Yamana hücum edib və ona şillə vurub. Media nümayəndələri hadisə yerindən uzaqlaşaraq, Reynmendən polisə şikayət ərizəsi yazıblar.
Sənətçi törətdiyi xoşagəlməz hadisə səbəbi ilə tutularaq, polis idarəsinə gətirilib. İfadə verəndən sonra isə oradan uzaqlaşıb. Bu zaman isə “Döyməyiniz vacib idi?” sualına müğənni istehzalı gülüşlə reaksiya verib.
https://www.instagram.com/p/B2Vxc90FEeC/?utm_source=ig_embed&utm_campaign=embed_video_watch_again

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
