Repdə sevgilisini öldürdüyünü dedi - Doğru çıxdı + Foto
64 yaşlı Maykl Mur Los-Ancelesdə barların birində çıxış edərkən mikrofonu 27 yaşlı Robert Kamunun istəyi ilə ona verib.
“Qafqazinfo” life.ru-ya istinadən xəbər verir ki, gənc rep demək istədiyini bildirib və mahnı sözərində qıza aşiq olan oğlanın dilindən “Mən o məxluqu öldürdüm və xəndəkdə basdırdım” ifadəsini səsləndirib. Dinləyicilər bunu adi rep mətni kimi qəbul etsələr də, həqiqət daha sonra üzə çıxıb.
Maykl Mur səhəri gün xəbərlər proqramında 31 yaşlı Amanda Kasteri öldürən gəncin axtarışı ilə bağlı elana rast gəlir. Roberti fotosundan tanıyan Mur dərhal polisə xəbər verir və barda çəkdiyi videonu təqdim edir. Repdə sevgilisini öldürdüyünü deyən Robert, həqiqətən, Amandanı qətlə yetiribmiş. Polis cinayətkarı saxlayıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək