05.08.2020 - 11:11
İdman
27 baxış
"Real" Ronaldonun gedişi ilə itirdi, onun kimi oyunçular dünyaya 200 ildə bir gəlir"
“Real”ın keçmiş hücumçusu Emmanuel Adebayor Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində “Mançester Siti” ilə oynanılacaq qarşılaşma ərəfəsində Madrid klubunun şanslarını dəyərləndirib.Fanat.Az AS-a istinadən xəbər verir ki, Adebayor “Real”ı “Yuventus”a dəyişən Kriştianu Ronaldunun yoxluğuna diqqət çəkib:
“İki il əvvəl məndən bu barədə soruşsaydınız, “hə” deyərdim. Kriştianu heyətdə olsa, “Real”ı favorit adlandırmaq olardı. O, “qol maşını”dı. Ronaldu hər an oyunun taleyini həll edə bilir. Mövsüm başına 50 qol vuran birindən danışıram.
“Real” evdə 1:2 hesabı ilə uduzdu. Növbəti mərhələyə keçmələri çətin olacaq, amma bu, mümkünsüz deyil. Onların Kərim Benzema, Marselo və Tibo Kurtua kimi təcrübəli futbolçuları var. Bununla yanaşı, “Real” belə böyük oyunlar keçirməyə alışıb.
“Real” Ronaldunun gedişi ilə itirdiyini başa düşür. Yəqin ki, onun səviyyəsində başqa bir futbolçu tapacaqlarını düşünürdülər. Amma Ronaldu kimi oyunçular dünyaya 200 ildə bir gəlir”.
“Mançester Siti” – “Real” matçı avqustun 7-də oynanılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54