“Real” Neymar üçün yekun təklifini edib
İspaniyanın “Real” klubunun braziliyalı futbolçu Neymar üçün vermək istədiyi məbləğ bəlli olub.
Madrid təmsilçisi Fransanın PSJ klubuna 165 milyon avro və futbolçusu Hames Rodrigesi verməyə hazırdır.
Bu, “Kral klubu”nun cənubi amerikalı ilə bağlı son təklifi olacaq. Kolumbiyalı yarımmüdafiəçinin təxmini qiymətinin 50 milyonla dəyərləndirildiyini nəzərə alsaq, “Real” ümumilikdə 215 milyonundan keçəcək. Əgər fransalılar Madrid klubuna bu dəfə də imtina etsə, “Real” təklifini növbəti “transfer pəncərəsi”nə qədər yubadacaq.
Qeyd edək ki, PSJ bunadək Qaret Beylin də daxil edildiyi təklifi rədd edib. Parisliləri hücumçu Vinisius və müdafiəçi Rafael Varanın da daxil olduğu təkliflər maraqlandırsa da, “Real” bu iki oyunçusunu əldən buraxmaq istəmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi