"Real Madrid" Keyni almaqdan imtina etdi
İspaniyanın “Real Madrid” klubu İngiltərə “Tottenhem”inin futbolçusu Harri Keyni almaqdan imtina edib.
“Report”un “Daily Mail”ə istinadən məlumatına görə, bu qərar koronavirus pandemiyası ilə əlaqədar dünyadakı qeyri-sabit maliyyə durumu ilə əlaqədar verilib.
26 yaşlı forvardın qarşıdakı transfer dövründə heyətə cəlb olunması nəzərdə tutulurdu. Daha əvvəl imtina qərarını “Mançester Siti” də verib. “Tottenhem” borcları üzündən Keyni 200 milyon funt sterlinqə (228 milyon avro) buraxmağa hazır idi.
Qeyd edək ki, Harri Keyn yetirməsi olduğu “Tottenhem”də 2009-cu ildən forma geyinir. Bu mövsüm ingiltərəli forvard 25 oyuna 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilədək qüvvədədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək