“Real”dan inanılmaz təklif: Dünya ulduzuna günə 215 min dollar maaş təklif edir
Deyəsən, “Real”ın baş məşqçisi Zinəddin Zidan nəyin bahasına olur-olsun, Neymarı ələ keçirmək istəyir. Yoxsa ona fantastik məbləğlər təklif olunmazdı.
Bizimyol.info xəbər verir ki, “Real” inanılmaz təklif irəli sürüb. Madrid klubu PSJ-nin futbolçusuna ildə 70 milyon avro məvacib ödəməyə hazırdır. Yəni söhbət günü 191,8 min avroluq və ya 215 min dollarlıq müqavilədən gedir.

Neymar PSJ-də pis qazanmır. Ona illik 36,5 milyon avro məvacib verirlər. Ümumiyyətlə, braziliyalı dünyada ən çox qazanan beş futbolçudan biridir. “France football”un iddiasına görə, Neymarın keçən il ümumi gəliri 91,5 milyon avro olub. Almaniyanın “transfermarkt.de” portalı onun 180 milyon avro dəyəri olduğunu bildirir.
Neymar PSJ-yə 2017-ci ildə “Barselona”dan keçmişdi. Onda Fransa klubu transfer üçün 222 milyon avro ödəmişdi. Neymar PSJ-də iki dəfə ölkə çempionu olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan çempionu yarışa qadın kimonosu ilə çıxıb - FOTO
Bu gün Çempionlar Liqası var - AFİŞA
Tərtərdə karantini pozaraq futbol oynayan şəxslər saxlanıldı
"Milan" - "İnter" oyunu başlamadan rekord qırdı
"Real" transferə 430 milyon ayırdı: hansı ulduzlar gəlir?
"Çelsi" - "Arsenal" matçını canlı yayımlayacaq kanallar - SİYAHI
Azərbaycanın güləş yığması dünya üçüncüsü oldu
Deyəsən, “Real”ın baş məşqçisi Zinəddin Zidan nəyin bahasına olur-olsun, Neymarı ələ keçirmək istəyir. Yoxsa ona fantastik məbləğlər təklif olunmazdı.