"Real" bu il rəqib qapısından cəmi 100 top keçirib
“Real Madrid” 2019-cu ildə keçirilən bütün yarışlarda rəqib qapısından cəmi 100 top keçirib.
“Report” xəbər verir ki, bu, “Real”ın tamamilə Kriştian Ronaldusuz keçirdiyi birinci təqvim ilidir. Halbuki Ronaldunun bu komandanın üzvü olduğu vaxt klubun ən pis göstəricisi mövsüm ərzində 130 qoldan ibarət olub.
“Real”ın qollarının belə miqdarı 2010-cu ildə qeydə alınıb.
Xatırladaq ki, Ronaldu ötən ilin yayında Turinin “Yuventus”una keçib. Portuqaliya futbolçusu 2009-cu ildən Madrid klubunun heyətində oynayırdı. “Real”la birlikdə Ronaldu dörd dəfə Çempionlar Liqasının qalibi, iki dəfə İspaniya çempionu olub, habelə ölkənin Super Kubokuna yiyələnib.
“Real” 18 matçda 37 xal toplayaraq yarış cədvəlində 2-ci yer tutur. Turnir cədvəlinin lideri “Barselona”dır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək