Ərdoğandan “Türk” və "Türkiyə" sözlərinə qadağa
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişilə ölkədə peşə birliklərinin önündəki “türk” sözünün ləğv edilməsi qərara alınıb.
Minval.İnfo Oxu.Az-a istinadən xəbər verir ki, Ərdoğan bir müddət öncə Türk Təbiblər Birliyini nəzərdə tutaraq təşkilatın adından “türk” sözünün götürülməsinə göstəriş vermişdi.
Peşə birliklərinin adındakı təkcə “türk” deyil, “Türkiyə” sözünün də götürülməsi gündəmə gəlib. Məsələn, Türk Təbiblər Birliyi və Türkiyə Barolar Birliyi kimi təşkilatların adları dəyişdiriləcək.
Eyni zamanda müstəqil vəkil işləmək üçün “Barolar Birliyinin”, həkim kimi çalışmaq üçün Təbiblər Birliyinin üzvü olmaq şərtləri aradan qaldırılacaq.
Peşə sahibləri istənilən təşkilata üzv ola biləcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı