Ərdoğandan Makrona: "Öz beyin ölümünü yoxlatdır"
Cənab Makron bax, Türkiyədən səslənirəm, NATO sammitində də deyəcəyəm, sən əvvəlcə öz beyin ölümünü yoxlatdır. Türkiyəni NATO-dan çıxarmaq sənin nə həddinədir?
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun “NATO-nun beyin ölümü baş verib” sözlərinə reaksiya verərkən deyib.
Türkiyə prezidenti bildirib ki, Makron çox təcrübəsizdir, terrorla mübarizədən bixəbərdir: “Ona görə “sarı jiletlilər” Fransanı işğal etdi. Bu ifadələr ancaq sənin kimi beyin ölümü yaşayanlara yaraşır.
Bizim Suriyaya girmək haqqımız terrorla mübarizədə var. Makron sənin Suriyada nə haqqın var? İstədiyiniz qədər hoppanıb düşün. Gec-tez Türkiyənin suverenlik hüququna hörmət edəcəksiniz”.
Ərdoğanın bu açıqlamasından sonra Fransa Xarici İşlər Nazirliyi Türkiyənin Parisdəki səfiri İsmayıl Haqqı Musanı nazirliyə çağıracaqları açıqlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı