Ərdoğandan 28 mayla bağlı mesaj: "Bu sınaqdan da vicdanla çıxacağımıza ürəkdən inanıram"
Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabında prezident seçkilərinin ikinci turu ilə bağlı paylaşım edib.
AZXEBER.COM xəbər verir ki, Ərdoğan ayın 28-dəki növbəti seçki turunda seçicilərini bir daha ruhlandırıb:
“Millətimizin xaricdəki təmsilçilərindən sizlərdən bir daha öz iradənizi güclü şəkildə müdafiə etməyinizi gözləyirəm. Ümid edirəm ki, bu sınaqdan vicdanla çıxacağıq. Xaricdə yaşayan əziz vətəndaşlarım, seçki qutularını partlatdığınız seçkilərin ilk turunu rekord fəallıqla uğurla başa vurduq. Bütün çətinliklərə baxmayaraq, siz öz vətəndaşlıq borcunuzu ən yaxşı şəkildə yerinə yetirdiniz. Mənə və Xalq Alyansına böyük lütf göstərdiniz. Siz terror təşkilatı üzvlərinin sizi qorxutmaq, təzyiq göstərmək, iradənizi qəsb etmək cəhdlərinə boyun əymədiniz. Siz türk demokratiyasının qüdrətini gücləndirdiniz, bir millət olaraq hamımızı qürurlandırdınız. Artıq hər biriniz öz adınızı siyasi tariximizə qızıl hərflərlə yazmısınız. Göstərdiyiniz bu düzgün, demokratik və qətiyyətli mövqeyə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Sabahdan xaricdə və gömrük qapılarında səsvermə başlayır. Olduğunuz ölkələrdəki seçki tarixlərini yaxından izləyərək demokratik hüququnuzdan istifadə etməyinizi xahiş edirəm. Sizdən, millətimizin xaricdəki nümayəndələrindən bir daha sizin iradənizi güclü şəkildə dəstəkləyəcəyinizi gözləyirəm. Bu sınaqdan vicdanla çıxacağımıza ürəkdən inanıram” – deyə Ərdoğan paylaşımında bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?