Ərdoğan: “Türkiyə iqtisadiyyatı dünyada ən sürətlə böyüyən ikinci iqtisadiyyatdır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Jandarm və Sahil Mühafizəsi Akademiyasının məzun mərasimində çıxış edib.
“Minval.info” xəbər verir ki, Dövlət başçısı çıxışında ölkə iqtisadiyyatında qeydə alınan son rəqəmlərə də toxunub.
Prezident cari ilin ikinci rübü üzrə bu gün açıqlanan rəqəmlərə əsasən, aprel-iyun aylarında Türkiyə iqtisadiyyatının 21.7% artaraq, dünyanın ikinci ən sürətlə böyüyən iqtisadiyyatına çevrildiyini bildirib.
O, həmçinin məşğulluğun son 35 ayın ən yüksək səviyyəsində olduğunu, ixracatın artması hesabına ticarət kəsirnin azaldığını qeyd edib.
Ərdoğan vurğulayıb ki, Türkiyə iqtisadi islahatlarda kimsədən işarə gözləmədiyi kimi, terrorla mübarizədə də heç kimdən izin almır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub