Ərdoğan: Türkiyə 2023-cü ildə Aya kosmik raket göndərəcək
Türkiyə 2023-cü ilin sonunda kosmosa raket buraxmağı planlaşdırır.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli kosmik proqramın nümayişi mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, qeyd edib ki, həmin ilin sonlarında kosmik raket Aya enəcək.
“Türkiyə əsrlər boyu dünyada ədalətin, əxlaqın və barışın ilki olmuş mədəniyyətinin qapısını kosmik səyahətə açır”, – dövlət başçısı deyib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə Milli kosmik proqram çərçivəsində kosmosa öz vətəndaşını göndərməyi planlaşdırır.
ƏLAQƏLİ
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə edilib
Rəcəb Tayyib Ərdoğan ölkəni qlobal kosmik yarışının ən yüksək liqasına aparacaq Milli kosmik proqramı yol xəritəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Prezidentin sözlərinə görə, Türkiyənin Yerdən məsafəli ilk zondlama peyki olan “İmece” inteqrasiya prosesi başa çatıb və sınaqları davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı