30.09.2021 - 23:45
Region 2 baxış

Ərdoğan Təhlükəsizlik Şurasını topladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Təhlükəsizlik Şurasının iclası keçirilib.

“Minval.info” Türkiyə KİV-ə istinadən xəbər verir ki, iclasda qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, Şərqi Aralıq dənizindəki proseslər müzakirə olunub.

Bildirilib ki, Türkiyə hər bir beynəlxalq məsələdə olduğu kimi, qlobal iqlim dəyişikliyi məsələsində də üzərinə düşənləri edəcək.

Əfqanıstan məsələsində beynəlxalq ictimaiyyətlə birlikdə hərəkət etmək və humanitar böhranın öhdəsindən gəlməkdə səmimiyyətlə məsuliyyət daşımaq çağırışı edilib.

Diqqətə çatdırılıb ki, Yunanıstanın və Cənubi Kipr rəhbərliyinin birtərəfli hərəkətlərinin dəstəklənməsi bölgədəki anlaşılmazlıqları daha da dərinləşdirir.

Vurğulanıb ki, Suriyada mülki vətəndaşları hədəf alan və sabitliyə zərər verən hərəkətlər bölgədə vəziyyətin nizamlanmasına da zərər gətirir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: