Ərdoğan: “Qarabağda, Suriyada, Arakanda olan qırğınlar soyqırımı deyilmi?”

“Erməni deportasiyası nə soyqırım, nə də böyük fəlakətdir. Bu məsələ, sadəcə, o dönəmdə çox sıxıntılı şəraitdə yaşanmış acı olaydan ibarətdir”.
ONA-nın Türkiyə bürosunun xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Ankarada keçirilən 28-ci Məsləhət və Qiymətləndirmə toplantısında səsləndirib.
O bildirib ki, bir əsr öncə Anadolu torpaqlarında ən məsum durumda olanlar elə türk milləti olub: “Balkan savaşları sırasında və sonrasında 2 milyon insanımızı itirdik, Doğu və Güney Anadoluda rus və erməni işğalları nəticəsində daha 2 milyon insanımız qətlə yetirildi. Əgər ermənilərin dediyi kimi, onları soyqırıma məruz qoymuş olsaydıq, Avropadan Amerikaya, Quzey Afrikadan Qafqazlara qədər bir ərazidə milyonlarla erməni yaşamazdı. Deportasiya dönəmin zor şərtlərində atılan bir addım olub”.
Ərdoğan bir daha bu mövzunu siyasilərdən öncə tarixçilərin, elm adamlarının araşdırmasının vacibliyindən danışıb: “Biz illərdir bu çağırışı edirik. Baş nazir olduğum vaxtlardan deyirəm ki, gəlin arxivlərimizi açaq, amma bu yola gəlmirlər. Sənəd-sübut olmadan parlamentlər, siyasilər vasitəsilə beyinləri qarışdırırlar. Əlcəzairdə milyon yarım, Ruandada 800 min insanın ölümünə bais olanlar fransızlardır. Bunların hamısı sənədlə, sübutla əlimizdədir. Fransa prezidentinin öncə bu işləri öyrənməsi lazımdır. Fransada 700 min erməni var deyə, Makron bəy, bu, səni qurtarmayacaq. Avropa yəhudilərindən Əlcəzair və Tunis müsəlmanlarına qədər gerçəkdən soyqırıma məruz qalanları yaxşı bilirik. Afrikanın hər küncündə, Güney Amerikada bir-birinə qırdırılan nə qədər insanlar var. Son yarım əsrdə Qarabağda, İraqda, Fələstində, Suriyada, Bosniyada, Arakanda olan insan qırğınları soyqırımı deyilmi? İnsanların və insanlığın müdafiəsində Türkiyənin başı ucadır və bizim bundan geri atmağımız da mümkün deyil”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı