Ərdoğan: “Qətliam görmək istəyənlər Dağlıq Qarabağa baxsın”
“İŞİD terror təşkilatını təkmilləşdirən, maddi cəhətdən dəstəkləyən, faktiki olaraq idarə edən dövlətlər bu gün qarşımıza ən böyük İŞİD düşməni kimi çıxırlar”.
Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.
Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlara toxunan Ərdoğan Ərəb Dövlətləri Liqasını növbəti dəfə tənqid edib.
“Ərəb Dövlətləri Liqası indiyə kimi nə qədər suriyalı qaçqını qəbul edib? Suriyanı təşkilatdan çıxartdılar, indi də Türkiyəyə həqarət etmək üçün Suriyanı Ərəb Dövlətləri Liqasına geri qaytarmaq barədə layihə hazırlayırlar”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
“Türkiyə tarixin heç bir dönəmində mülki əhalini qətlə yetirməyib, soyqırımı törətməyib və törətməz”,- deyə Türkiyə prezidenti əlavə edib.
“Qətliam görmək istəyənlər Əfqanıstana, Qafqazda Dağlıq Qarabağa, Balkan yarımadasında Bosniya və Herseqovinaya baxsın. Türkiyəni mülki əhalini öldürməkdə günahlandıranların gözü kor, qulağı kar, ürəkləri daşlaşıb”, – deyə Ərdoğan qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
