Ərdoğan: “Putinlə görüşdən müsbət nəticələrlə qayıdacağıma ümid edirəm”
“Suriyada Bəşər Əsəd rejimi hər gün məsum qanı tökür. Qüdsdə, Fələstində zülmlər var. Balkanlardan Qarabağa qədər uzanan qətliamları da unutmadıq”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin qeyd olunması mərasimində bildirib. Prezident deyib ki, heç bir iqtisadı maraq Türkiyəni haqqı söyləməkdən və haqqın yanında olmaqdan çəkindirə bilməz: “Malazgirt zəfərini belə təntənəylə qeyd ediriksə, əleyhimizə olan layihələr demək ki, çöküb. Biz “İnsanı yaşat ki, dövlət yaşasın” deyiminə uyğun hərəkət edirik. Əcdadlarımızın əsrlər boyunca hüzurla, ədalətlə idarə etdiyi coğrafiyalar bu gün zülm və səfalət içində qıvranır. Min illərdir qanımızla, canımızla özümüzə vətən seçdiyimiz bu torpaqlar inşallah, yenidən yüksəlişimizə şahidlik edəcək. İqradan Suriyaya, Şərqi Aralıq dənizindən digər bölgələrə uzanan mücadilələrimizi zəfərlə şərəfləndirəcəyik. Bizə “Türkiyənin Orta Şərqdə nə işi var?” deyənlərə açıb tarixi yaxşı-yaxşı oxumalarını tövsiyə edirəm. Biz Adana müqaviləsinin tələbləri nədir, onu yerinə yetirəcəyik”.
Türkiyə prezidenti deyib ki, Türkiyə quru qoşunları yaxın zamanlarda Fəratın cənubuna daxil olacaq.
R. T. Ərdoğan Rusiyaya prezidenti Vladimir Putinlə sabah Moskvada İdlib mövzusundakı görüşündən müsbət nəticələrlə geri qayıdacağına ümid etdiyini də vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AKP-dən 6-cı istefa
Prezidentin Xudafərində İrana verdiyi dostluq mesajı
Çanaqqalada “Qardaş briqada” təlimləri davam edir (FOTO)
Zelenski Ərdoğanı Ukraynaya dəvət etdi
Donald Tramp bir həftədə İlham Əliyevə ikinci dəfə məktub yazıb
Erməni lobbisi Dilqəmlə Şahbaza görə beynəlxalq təşkilata hücum etdi
Merkel Bakıda – FOTOLAR