Ərdoğan: “Məktəblərdə təhsili əyani formada davam etdirməkdə qərarlıyıq”

“Vaksinasiyada 100 milyon dozaya doğru irəliləyirik”.
“MİNVAL.İNFO” xəbər verir ki, bunu Anadolu Sultanahmet Peşə və Texniki Liseyində 2021-2022 tədris ili açılış tədbirində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Fərqli mənbələrdən vaksin təmin olunmasını prioritet sayaraq vətəndaşlarına aşılanma imkanı verən ölkələr arasında il sıralarda yer aldıq. Könüllü əsaslarla davam edən vaksinasiyada 100 milyon dozaya doğru irəliləyirik. Bir çox ölkələrdə bu sahədə hələ də problemlər olduğunu nəzərə alsaq, bu, ölkəmiz üçün ciddi bir uğurdur. Üz-üzə təhsili davam etdirməkdə qərarlıyıq. Vaksin növbəsi çatan bütün vətəndaşlarımızı, xüsusilə təhsil işçilərini və valideynləri vaksin olunmağa çağırıram. Pandemiyaya qarşı ən təsirli silahımız olan vaksini dəyərləndirmək vacibdir. Vaksinlərlə bağlı sosial şəbəkələrdəki informasiya çirkliliklərinə vətəndaşlarımız etibar etməməlidir”, – o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Sepah”: ABŞ-ın körfəz regionundakı hərbi gəmiləri tam nəzarətimiz altındadı
Gürcüstanda azərbaycanlıların “qızqaçırma”sı faciə ilə nəticələndi
Rusiyada koronavirusdan ölənlərin sayı 294 mini ötdü
“Saakaşvili aclıqdan ölərsə, bu, dövlət üçün fəlakət olacaq” - Marqvelaşvili
İran parlamenti ABŞ ordusunu terrorçu elan edən qanunu təsdiqlədi
Gürcüstanda daha 1 851 nəfərdə koronavirus aşkarlanıb, 55 nəfər ölüb