Ərdoğan məğlubiyyəti qəbul edə bilmir: “Seçki yenidən keçirilməlidir”
“Mən bu günə qədər danışmadım, susdum, amma artıq yetdi. Burda bir qanunsuzluq var, açıq ortadadır. Ankaraya bir söz demərəm, amma İstanbul seçkisi yenidən keçirilməlidir. Milli iradə nə deyərsə başımız, gözümüz üstündə”.
ONA-nın Türkiyə bürosundan verilən məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Müstəqil İş Adamları Dərnəyinin (MÜSİAD) 25-ci toplantısında çıxış edərkən bildirib.
Türkiyə prezidenti 31 mart bələdiyyə seçkilərində İstanbulda seçki məntəqələrində bank işçilərinin vəzifə tutmasını qanunsuzluq adlandırıb, nəticələrlə razılaşmadığını deyib: “4-5 bankın işçiləri seçki məntəqələrində təyin olunub. Bunlar məmur deyil, biz bunları qəbul edib, bunların qərarlarına “ey vallah”mı deyək. İstanbul seçkilərində bir oyun, bir qanunsuzluqlar var və mən bir partiya rəhbəri olaraq bu qanunsuzluqları xalqımın iradəsinə uyğun olaraq təqib edirəm. Biz qanunlara əsaslanırıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR
Rusiyada yeni səfərbərlik şayiələri təkzib edildi
İran ABŞ-yə qarşı hərbi cavab verəcək!
