Ərdoğan: “İnşallah, Azərbaycan Türkiyəsiz olmayacaq”
“Bildiyiniz kimi, bizim onsuz da Azərbaycanla hərbi təhsil-təlimlə bağlı anlaşmamız var. Anlaşma parlament tərəfindən qəbul olunub. Bu anlaşma aramızdakı həmrəyliyi çox daha fərqli bir platformaya daşıyacaq”.
Minval.info APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin Rusiya sülhməramlı qüvvələri ilə bağlı sualına cavabında deyib.
Bununla bağlı məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini vurğulayan Ərdoğanın sözlərinə görə, onsuz da azərbaycanlı hərbçilər daha əvvəl Türkiyəyə gəlib təhsil-təlim alıblar və yenə alacaqlar: “Bizim aramızda kəşfiyyat və s. digər sahələrdə əməkdaşlıq var. Yəni, inşallah, Azərbaycan Türkiyəsiz olmayacaq və bu həmrəyliyimiz hər sahədə davam edəcək. Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya, hər sahədə bu əməkdaşlığı davam etdirəcəyik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vilayət Eyvazov yeni rəis müavini təyin edib
Türkiyə XİN başçısı: “Yeni soyuq savaşın başladığını görürük”
İsgəndər Həmidov vəfat etdi