24.06.2019 - 08:40
Siyasət 1 baxış

Ərdoğan İmamoğlunu təbrik etdi - Foto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gələn Əkrəm İmamoğlunu təbrik edib. 

Minval.info xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

“İstanbul Böyükşəhər təkrar bələdiyyə seçkiləri nəticələrinin İstanbulumuz üçün xeyirli olmasını diləyirəm. Milli iradə bu gün bir daha özünü göstərdi. Qeyri-rəsmi nəticələrə görə, seçkiləri qazanan Əkrəm İmamoğlunu təbrik edirəm”, – deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, təkrarlanan seçki gününə qədər Əkrəm İmamoğlu haqqında hökumətə yaxın medi orqanlarında qaralama qampaniyası aparıldı, sonradan yalan çıxan xəbərlər dərc edildi. Hətta İmamoğluna səs verənlər terrorçu belə adlandırılırdı. Ötən gün isə Əkrəm İmamoğlu əsas rəqibi Binəli Yıldırıma 54,3 % səs fərqi ilə qalib gəlib.

Paşa Sadıqlı

Minval.info

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: