Ərdoğan hücuma məruz qalan Kılıçdaroğlu ilə görüşdü - YENİLƏNDİ

Ərdoğanla Kılıçdaroğlunun hücum hadisəsindən sonra ilk dəfə görüşməsi barədə xəbər vermişdik. Minval.İnfo Türk mediasına istinadən xəbər verir ki, bu əllə salamlaşmaqdan ibarət olan çox qısa görüş zamanı da, sonrasında da hər iki tərəf arasında heç bir dialoq olmayıb.
***
21:39
Bu gün Türkiyə Konstitusiya Məhkəməsinin təşkil etdiyi tədbirdə Prezident Rəcəb Tayyib Ərdoğanla CHP lideri Kamal Kılıçdaroğlu üz-üzə gəliblər.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir mərasimə təşrif buyuran Ərdoğan orada olan Kılıçdaroğluna yaxınlaşıb, salamlaşıb.
Məlumata görə, Ərdoğan salamlaşma zamanı CHP liderinə “Keçmiş olsun” deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ankarada şəhid dəfnində Kılıçdaroğluna hücum olmuşdu. Hücum edənlər həbs olunsalar da, ertəsi gün azadlığa buraxılıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məhəmməd Cavad Zərif: "İran heç vaxt avropalılara ümid bağlamayıb"
Meksikalı jurnalist: "Ermənistan törətdiklərinə görə cavab verməlidir"
Ərdoğandan sərt cavab: “Heç bir təhdid...”
Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlimləri davam edir (FOTOLAR)