Ərdoğan: “Erməniləri deportasiya etməyəcəyik”

Türkiyədə qanunsuz yaşayan ermənilər ölkədən deportasiya edilməyəcəklər.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VI Budapeşt Prosesi Nazirlər Konfransında bildirib.
Hazırda Türkiyənin 3,6 milyonu suriyalı olmaqla, dünyanın müxtəlif ölkələrindən 4 milyondan çox qaçqın və miqranta ev sahibliyi etdiyini deyən Ərdoğan vurğulayıb ki, ölkəsində 100 min erməni yaşayır və “soyqırım” iddialarına rəğmən, onlara qarşı heç bir ayrı-seçkilik edilmir.
“2011-ci ildən bu günədək döyüşlərin davam etdiyi Suriyadan ölkəmizə sığınan heç kimi zorla geri göndərmədik. Biz aramiləri, xristianları geri göndərmədik. Digər tərəfdən, biz erməniləri də geri göndərmədik. Hazırda bizim ölkəmizdə 100 minə yaxın erməni var. Onlardan 40 mini Türkiyə vətəndaşıdır. Yerdə qalanları isə vətəndaşımız deyil, amma biz onları da deportasiya etmirik. Çünki onlar Türkiyəyə niyə gəliblər? Öz ölkələrində yaşadıqları çətinliklərə görə gəliblər. İndi dünyada, xüsusən də Qərbdə sözdə “erməni soyqırımı” adı ilə bəzi təbliğatlar aparılır. Biz isə deyirik ki, bu, tarixçilərin işidir. Qoy tarixçilər bu məsələni masaya qoysunlar, həll etsinlər. Həyatımız və tariximiz boyunca bu millət heç bir zaman heç bir etnik ünsürə qarşı bir soyqırım etməmişdir. Etnik mənsubiyyətinə, dilinə, dininə baxmadan qapımıza gələn hər kəsi bağrımıza basdıq. Onlar üçün qoruyucu dam olduq” – Ərdoğan bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan parlamentinin gülləyə tutulmasını Putin təşkil edib?
Ermənistanda tələbələr etiraz aksiyası keçirir
Paşinyan: “Qarabağda müharibəyə hazır olmalıyıq”
İranda təbii fəlakət - 17 nəfər ölüb, xeyli yaralı var
Gürcüstan Ermənistana qarşı olan qərarında qəti deyil
Moskvada zəncirvari qəza - 16 maşın toqquşdu
Gürcüstanda daha 4 278 nəfərdə COVID-19 aşkarlanıb, 63 nəfər ölüb