Ərdoğan: "Əbu Bəkr əl-Bağdadinin öldürülməsi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir"
İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin zərərsizləşdirilməsi terrorçuluqla mübarizədə dönüş nöqtəsidir. Türkiyə bu mübarizəyə töhfə verməkdə davam edir.
“Report” xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “Twitter”dəki səhifəsində yazıb.
“İŞİD terror qruplaşmasın rəhbərinin zərərsizləşdirilməsi müttəfiqlərimizlə terrora qarşı ortaq mübarizəmizdə önəmli dönüş nöqtəsi olub. Türkiyə bundan əvvəl olduğu kimi, bundan sonra da terrora qarşı kəskin mübarizə aparmaqda davam edəcək”, – deyə o bildirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə İŞİD, PKK/YPG və terror qruplaşmaları ilə mübarizəyə daha çox töhvə verib. Terrorizmə qarşı mübarizə müttəfiqlik ruhuna uyğun, qətiyyətli mübarizə aparılsa, bəşəriyyət asayiş içində olacaq.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İŞİD liderinin zərərsizləşdirildiyini xəbər verib. O, terror qruplaşmasına qarşı mübarizəyə verdiyi töhfəyə görə Türkiyəyə və digər ölkələrə minnətdarlıq edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı