Ərdoğan "Başakşəhər"in məşqçisinin irqçiliyə məruz qalmasını pislədi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Fransada keçirilən PSJ – “Başakşəhər” oyunundakı xoşagəlməz hala münasibət bildirib.
Bununla bağlı şəxsi Tvitter hesabında yazan dövlət başçısı görüşün rumıniyalı dördüncü hakimi Sebastian Koltseskunun “Başakşəhər”in məşqçisi Pyer Veboya qarşı irqçi ifadə işlətməsini pisləyib:
“Təmsilçimiz “Başakşəhər”in texniki heyətindən Pyer Veboya qarşı irqçi ifadələri qətiyyətlə pisləyirəm, UEFA tərəfindən zəruri addımların atılacağına inanıram. İdmanda və həyatın bütün sahələrində irqçiliyə və ayrıseçkiliyə qeyd-şərtsiz qarşıyıq. #İrqçiliyə yox”.
Xatırladaq ki, Veboya qarşı irqçiliyə baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan məşqçiyə qırmızı vərəqə də göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib və oyun yarımçıq dayandırılıb. Qarşılaşma bu gün saat 21:55-də qaldığı yerdən davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək