Ərdoğan Afrin əməliyyatının səbəbini açıqladı

“Avropada bəziləri Türkiyə ordusuna işğal ordusu deyir. Tarixinizə baxın, tarixiniz Afrikanın, digər bölgələrin işğalı, sömürülməsi ilə doludur”.
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amasiya şəhərində keçirilən mitinqdə bildirib.
R. T. Ərdoğan Almaniyada polislərin gözü qarşısında PKK terror təşkilatının üzvlərinin məscidlərə hücum çəkdiyini söyləyib: “Ancaq biz bu ölkədə heç bir terrorçuya sığınacaq vermədik. O terrorçuları ya ölkələrinə göndərdik, ya da həbs etdik. Onlara kimin işğalçı, kimin qonaqpərvər olduğunu göstərəcəyik. Biz Afrinə niyə girmişik? Məqsədimiz Afrini işğal etmək deyil. Hazırda 3 milyondan çox suriyalı Türkiyədə qonağımızdır. Bu suriyalıların torpaqlarına qayıtması üçün Afrin əməliyyatını həyata keçirir, o torpaqları PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən azad edirik. Biz “Fərat qalxanı” əməliyyatı ilə Suriyada 2 min kv.km ərazini İŞİD terrorçularından azad etdik, 100 mindən çox suriyalı o torpaqlara qayıtdı. Qalan suriyalıların da qayıtması üçün ordumuz bu əməliyyatları keçirir”.
Qeyd edək ki, yanvarın 20-də Türkiyə ordusu müxalif Azad SuriyaOrdusu ilə birlikdə Suriyanın Afrin bölgəsinin PYD/YPG terrorçularından təmizlənməsi üçün “Zeytun budağı” əməliyyatına başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı