Ərdoğan: "ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib"
ABŞ komandanlığı hələ Osmanlı şapalağı görməyib.
Oxu.Az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat verib.
Ərdoğan Türkiyə kimi, ABŞ-ın da NATO nizamnaməsinin tələblərinə əməl etməli olduğunu bildirib.
“Bütün NATO ölkələri və ABŞ bərabər hüquqlara malikdir. Tezliklə ABŞ dövlət katibi bura gələcək və onunla danışacağıq”, – deyə Türkiyə lideri qeyd edib.
Türkiyə Silahlı Qüvvələrinin Mənbicdə kürdlərə qarşı hərbi əməliyyatlar başlayacağı təqdirdə sərt əks-hücumla qarşılaşacaqları ilə bağlı ABŞ hərbi komandanlığının bəyanatını şərh edən zaman Ərdoğan bu sözləri deyib.
“Sərt əks-hücum barədə danışanlar, sadəcə, həyatlarında heç vaxt Osmanlı şapalağı görməyib”.
Qeyd edək ki, Türkiyə prezidenti öz çıxışlarında dəfələrlə Türkiyə ordusunun Mənbicə daxil olacağı və onu terrorçulardan təmizləməyə hazırlaşdığı barədə danışıb. ABŞ hərbi komandanlığı belə olacağı təqdirdə, Türkiyənin sərt əks-hücumla üzləşəcəyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
