Rauf Arifoğlu: “Fəlakət qapıdadır, küçələrdə ölə bilərik” VİDEO
“Koronavirusdan qorunmaq üçün aylardır, maarifləndirmə işləri həyata keçiririk. Vəziyyət təhlükəlidir, dünya çapında pisləşmə müşahidə olunmaqdadır. Azərbaycanda son ayda koronavirusa yoluxanların sayında artım var. Azərbaycan, Vətən təhlükədədir. Ölkədə karantin rejiminin yumşaldılması mənfi nəticə verdi…”
Demokrat.az xəbər verir ki, bunu “Yeni Müsavat” media qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu deyib.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
O qeyd edib ki, hökumət qabaqlayıcı tədbirlər həyata keçirir:
“Çünki fəlakət gəlir, qapıdadır… Braziliya, İtaliya və başqa ölkələrdəki kimi küçələrdə ölə bilərik. Bunu anlamaq lazımdır. Bu məsələdə hakimiyyət orqanlarını qınayıram. Ona görə ki, fəlakətlə bağlı məlumatları cəmiyyətə çatdıra bilmirlər. Cəmiyyətdə kifayət qədər tanınmış şəxslər də koronavirusa yoluxub.
“Virus yoxdur, göstər, görüm kim tutub?” yanaşması yanlışdır və bunun məsuliyyəti dövlət orqanlarının üzərinə düşür. Belə durum olmamalı idi. Bu cür düşünənlər özlərini, yaxınlarını bütövlükdə təhlükəyə atırlar.
Bu cür düşünənlərə qarşı polisdən və digər strukturlardan daha çox biz kəskin mövqe sərgiləməliyik. Hazırda tətbiq edilən məhdudiyyət haqlarımızı məhdudlaşdırmaq üçün deyil. Bu, virusun qarşısını almaq üçün atılan addımdır. Bizi, sizi hər kəsi qorumaq üçün…”
https://www.youtube.com/watch?v=HlpUTrJcEbM&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
