“Atam xalqını çox sevirdi. Ölmək istəmirdi, amma həyat, xəstəlik ona imkan vermədi. Arzuları çox idi, xatirələri ilə bağlı kitab çap etdirmək istəyirdi, yarımçıq qaldı”.
Bu sözləri Musavat.com-a açıqlamasında Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli deyib: “Ayağının sağalmasını gözləyirdi, şəkər xəstəsi olduğu üçün hərəkət edə bilmirdi. Sağalmışdı, amma koronavirus ona aman vermədi.
Mən onunla xəstəxanada bir yerdə idim, 9 gün yanında qaldım. Sonra infarkt keçirdi, reanimasiyaya yerləşdirildi. Sonuncu dəfə mayın 28-də görmüşəm. İlk günlər yaxşı idi, palatada bir yerdə idik. Atama deyirdim ki, xəstəxanadan sağalıb bir yerdə çıxacağıq”.
Qeyd edək ki, Xalq artistinin qızı Xədicə Əzizbəyli də koronavirusa yoluxmuşdu.
Könül
Musavat.com

































