Rafael Ağayev Neymarla eyni siyahıda yer aldı
Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunlarında iştirak edəcək ulduz idmançıların adları açıqlanıb.
HİT.Az xəbər verir ki, Braziliyanın “Globoesporte” nəşri olimpiadanın başlamasına 100 gün qalmış müxtəlif idman növləri üzrə 100 ən yaxşı idmançının siyahısını hazırlayıb.
Siyahıda Azərbaycan karateçisi Rafael Ağayev də yer alıb. 5 qat dünya və 11 qat Avropa çempionu olan Ağayev, karate idman növü üzrə siyahıda yer alan tək idmançı olub.
100 nəfərlik siyahıda futbol üzrə Braziliya yığmasının hücumçusu Neymar, tennisçi Rocer Federer, Novak Cokoviç, basketbolçu Stefen Karri, Lebron Ceyms kimi ulduzlar da yer alıb.
Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul-9 avqustdan bu il 23 iyul-8 avqusta təxirə salınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək