Rafael Ağayev: "Hələ şou-biznesə keçmək fikrim yoxdur"
“Gələcəkdə “Survivor”dan təklif gəlsə, düşünərəm”.
Bu fikirləri Azərbaycan millisinin karateçisi Rafael Ağayev “Report”un “Instagram” səhifəsində canlı yayımda izləyicilərdən birinin sualını cavablandırarkən deyib.
Titullu idmançı bildirib ki, indiki halda şou-biznesə keçməyi planlaşdırmır: “Pərviz Abdullayev karyerasını başa vururdu deyə ora gedib çıxdı. Çox ağıllı hərəkət etdi. Amma mənim hələ ki, şou-biznesə keçmək fikrim yoxdur. Məni düzgün başa düşün. Bu, Pərvizə söz atmaq deyil. Çünki onunla tonla çörək kəsmişəm, yoldaşlıq edirəm”.
Ağayev daha çox karyerasını düşündüyünü söyləyib: “Mənim olimpiya medalım yoxdur. Ona əlim dəyməyib, bu mükafata acam. Bu gün əsas istəyim həmin medalı qazanmaqdır. Amma karyeramın sonunda təklif olsa, iştirak edərəm. Bundan başqa, Azərbaycan və ya xaricdəm yaxşı film təklifi alsam, gedərəm. Çünki özümü orada görür, hiss edirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək