Rəsulzadəyə aid film bu dəfə Eskişehirdə nümayiş olunacaq
Görkəmli şəxsiyyət Məmməd Əmin Rəsulzadənin haqda lentə alınan “Ən səmimi sevgi ilə” filmi bu dəfə Eskişehirdə nümayiş etdiriləcək.
Ekran işi Vaşinqton, İzmir, Amsterdam və Ankaradadan sonra 27 mayda Anadolu Universitetində göstəriləcək.
Sözügedən sənədli film Məhəmməd Əmin Rəsulzadənin həyat-fəaliyyətindən bəhs edir. Yerli və xarici qonaqlar tərəfindən maraq və sevgiylə qarşılanan ekran işi “Caspian Media Group” tərəfindən lentə alınıb. İlk dəfə Azərbaycanda geniş kütləyə təqdim olunan ekran əsəri Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Rəsulzadənin izi ilə Almaniya, Polşa, Türkiyə və Azərbaycanda lentə alınıb.
Film ərzində yerli və xarici tədqiqatçıların müsahibələri, Rəsulzadəyə məxsus arxiv sənədləri, eksklüziv foto və video görüntülər nümayiş olunur.
Layihənin müəllifi Aztv-də yayımlanan “Yüz ilin sirləri” verilişin müəllif-aparıcısı Hüseyn Cavadzadədir.
Xatırladaq ki, Məmməd Əmin Rəsulzadə 1884-cü il, 31 yanvar tarixində Bakının Novxanı kəndində anadan olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır