Rəşad Sadıqov: "VAR-a daha təcrübəli hakimləri təyin etsinlər"
“Keçən il deyirdim və hiss edirdim ki, VAR gələndən sonra daha böyük problemlər olacaq. Bu da isbat edildi”.
Bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sumqayıt”la qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının III tur oyunundan sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis 6 dəqiqə VAR-a görə oyunun dayandırılmasına qarşı çıxıb: “Baş hakimə həmin epizoddan əvvəlki an göstərilmədi. Axı buna elm lazım deyil. VAR-a görə altı dəqiqə dayanmaq olar? 80-cı dəqiqədir və matçın sonlarıdır. 6 dəqiqə fasilə verirsən, rəqib istiahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra “Sumqyaıt” əks-hücuma çıxdı. Nəsə, qərar verilməlidir. VAR-a 2-3 dəqiqədən çox vaxt ayrılmamalıdır. Ondan sonra üstünlük yarartmaq çətinləşir”.
Sadıqov VAR-a daha təcrübəli referilərin təyin olunmasını istəyib: “Baş hakim Rəvan Hamzadadə dedi ki, futbolçuya toxunuşu görmüşəm. Amma VAR hakimi dedi ki, get özün bax. Yaxşı olardı ki, VAR-a daha təcrübəliləri qoyulsun. Çünki onlar həlledici rol oynayırlar. Qarşılaşmanın bu qədər dayanmasına səbəb olurlar. Adam hiss edir ki, qarşıdakı turlarda bizi nələr gözləyir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək